NATO Baş katibi Pentaqonun yeni rəhbəri ilə müdafiə xərclərinin artırılmasını müzakirə edib
29
yan
2025
19:49
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
NATO-nun Baş katibi Mark Ryutte Pentaqon rəhbəri Pit Heqsetlə telefon danışığından sonra müdafiə xərclərinin artırılması üçün əməkdaşlığa hazır olduğunu bildirib.
"Report" xəbər verir ki, Baş katib bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Alyansı gücləndirmək məqsədilə müdafiə sənayesi sahəsində istehsalın həcmini və müdafiə xərclərini daha da artırmaq üçün sizinlə işləməyi səbirsizliklə gözləyirəm", - o qeyd edib.
Xatırladaq ki, ABŞ Senatı yanvarın 25-də Pit Heqseti Müdafiə Nazirliyinin rəhbəri vəzifəsinə təsdiqləyib.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...