Narinin qardaşının paylaşımları səs-küyə səbəb oldu: 45 dəqiqə sonra sildi

Narinin qardaşının paylaşımları səs-küyə səbəb oldu: 45 dəqiqə sonra sildi
Foto
Dünya 199

Türkiyədə itdikdən 19 gün sonra cansız bədəni tapılan 8 yaşlı Narin Güranın həbsdə olmayan qardaşı Baran Güran sosial şəbəkədə paylaşımlar edib. Baran Güran paylaşımları 45 dəqiqə sonra silinib.

BAKU.WS xəbər verir ki, Narin Güran cinayəti ilə bağlı məhkəmə 7 noyabrda keçiriləcək.

İstintaq davam edərkən Narin Güran cinayəti ilə bağlı həbsdə olmayan yeganə qardaşı Baran Güran həbsdə olan anası Yüksel Güran, qardaşı Enes Güran və Narin Güran haqqında sosial şəbəkədə paylaşımlar edib. Baran Güran üç fərqli paylaşımını 45 dəqiqə sonra silib.

Əvvəllər "Kim olur-olsun, məsul şəxslər cəzalandırılsın" deyərək səlahiyyətini Diyarbəkir Barosuna verən Baran Güran, daha sonra bu səlahiyyətini geri götürmüşdü.

Güran ilk paylaşımında anası üçün darıxdığını bildirərək "Qoy onlar nə deyirlərsə desinlər, canım anam, heç kim sənin övladını sındıra bilməz, çox darıxmışam. Yenidən dünyaya gəlsəm, yenə sənin övladın olmaq istərdim. Canım anam," ifadələrini işlədib.

İkinci paylaşımında isə haqqında ömürlük həbs cəzası tələb edilən 15 yaşlı qardaşı Enes Güranın şəklini paylaşaraq "Sənə şər atanlar utansın, aslanım. Başın hər zaman belə dik olacaq," yazıb.

Son paylaşımında isə qətlə yetirilən kiçik bacısı Narin ilə fotosuna paylaşaraq "Saçının telinə zərər gəlsə, dünyanı dağıdacaq anasına, qardaşlarına "qatil" dediniz. Mən sizləri Allaha həvalə edirəm," deyə bildirib.

Son xəbərlər