Narin Gürandan yazan Ajda Pekkan: "Bu utancverici hadisə yaddaşımızdan silinməyəcək"
Məşhur müğənni Ajda Pekkan Türkiyədə səs-küyə səbəb olan azyaşlı Narin Güran cinayəti ilə bağlı paylaşım edib.
BAKU.WS xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında verilən heç bir cəzanın Narini geri gətirməyəcəyini qeyd edib.
İfaçı bu cinayət hadisəsinin heç vaxt unudulmayacağını da vurğulayıb:
"Çox təəəssüf ki, verilən heç bir cəza Narini geri gətirməyəcək. Bu utancverici hadisəni də heç vaxt yaddaşımızdan silməyəcək".
Xatırladaq ki, Narin Güranın cinayət işi üzrə məhkəmə hökmü açıqlanıb. Onun anası Yüksel, böyük qardaşı Enes, əmisi Səlim Güran və Nevzat Bəxtiyar "uşağın qəsdən öldürülməsində iştirak" ittihamı ilə ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum ediliblər.
Oxşar xəbərlər
"Rosneft" yanacağın satışına məhdudiyyət qoyulmayacağını açıqlayıb
Rusiyanın ən böyük yanacaqdoldurma məntəqələri şəbəkəsinə sahib olan ölkədəki mövcud yanacaq bazarı vəziyyətinə baxmayaraq benzin və dizel yanacağının satışına...