Naməlum şəxslər ABŞ-də sərnişin təyyarəsini atəşə tutublar
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-də naməlum şəxslər sərnişin təyyarəsini atəşə tutublar.
BAKU.WS xəbər verir ki, hadisə ilə bağlı təfərrüatları The New York Times (NYT) qəzeti paylaşıb.
Təyyarə Dallas Love Field hava limanından Indianapolisə uçuş üçün hazırlaşarkən Boeing 737 model təyyarənin pilot kabinəsinin yaxınlığındakı sağ tərəfinə güllə dəyib. Sərnişinlər arasında xəsarət alanlar barədə məlumat verilməyib.
Hadisədən sonra təyyarə terminala geri dönüb və istismardan çıxarılıb. Şəhər polis və yanğınsöndürmə xidməti hadisə yerində araşdırmaya başlayıb, uçuş-enmə zolağı isə müvəqqəti bağlanıb.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...