Moskvanın mərkəzində atışma baş verib
Moskvanın mərkəzində, Bolşaya Nikitskaya küçəsində naməlum şəxs kafenin yaxınlığında atəş açıb.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin paytaxtın Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Hadisə yerinə gələn polis müəssisədə iki ziyarətçi arasında münaqişə yarandığını müəyyən edib. Mələsəni həll etmək üçün kişilər bayıra çıxıblar. Onlardan biri rəqibi istiqamətində travmatik silahdan bir neçə dəfə atəş açıb. Bundan sonra münaqişənin bütün iştirakçıları yoxa çıxıb.
Hazırda hadisə yerində əməliyyat-istintaq qrupu işləyir.
Qeyd edək ki, bundan əvvəl polis sərxoş halda Moskva yaxınlığındakı Puşkində evlərin birində mənzilin pəncərəsindən avtomatdan atəş açan iki nəfəri saxlayıb. Hüquq-mühafizə orqanlarına Prosveşeniya küçəsində atəş açıldığı barədə məlumat daxil olub.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Hadisə yerinə baxış zamanı AK markalı avtomata bənzər əşya və 9 ədəd giliz aşkar edilərək götürülüb. Faktla bağlı xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb.
Oxşar xəbərlər
ABŞ İranla əlaqələrə görə hüquq şirkətinə sanksiyalar tətbiq edib
ABŞ Maliyyə Nazirliyi Yunanıstan və Panamada ofisləri olan "Karnakis and Karnakis" hüquq şirkətinə İran məhsullarının beynəlxalq bazarlara tədarükünə kömək ehti...