Moskvadakı partlayışda ağır yaralanan erməniəsilli federasiya rəhbəri öldü
Yeniliklərdən dərhal xəbərdar olun
Qondarma "Donetsk Xalq Respublikası"nın boks federasiyasının erməniəsilli rəhbəri Armen Sarqsyan Moskvada "Alıye parusa" yaşayış kompleksində baş vermiş partlayışdan sonra xəstəxanada ölüb.
BAKU.WS xəbər verir ki, bu barədə məlumatlı mənbəyə istinadən "360" telekanalı məlumat yayıb.
***14:25
Qondarma "Donetsk Xalq Respublikası"nın boks federasiyasının erməniəsilli rəhbəri Armen Sarqsyan Moskvada "Alıye parusa" yaşayış kompleksində baş vermiş partlayışda ağır yaralanıb.
BAKU.WS xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib, o, Moskva xəstəxanalarından birinin reanimasiya şöbəsindədir. İlkin diaqnoza travmatik beyin zədəsi, kontuziya və yanıqlar daxildir. Xəstənin vəziyyəti ağır kimi qiymətləndirilir. Sarsisyan hazırda komadadır, onun sol ayağı travmatik amputasiya olunub.
Xatırladaq ki, bu gün Rusiyanın paytaxtı Moskva şəhərinin şimal-qərbində yerləşən "Alıye parusa" yaşayış kompleksində partlayış baş verib. Hadisə nəticəsində bir nəfər həlak olub.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...