Moskvada ticarət mərkəzində əməliyyat: Miqrantlar üçün saxta sənəd düzəldənlər ələ keçdi

Moskvada ticarət mərkəzində əməliyyat: Miqrantlar üçün saxta sənəd düzəldənlər ələ keçdi
Video
Dünya 214

Rusiyanın paytaxtı Moskvadakı "Princ Plaza" ticarət mərkəzində güc strukturları reyd keçirib və nəticədə 426 miqrantın Rusiyadan deportasiya olunacağı açıqlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Baza" teleqram kanalı məlumat yayıb.

Məlumata görə, 15 yanvar tarixində Federal Təhlükəsizlik Xidməti (FTX), İstintaq Komitəsi, polis və Rosqvardiya tərəfindən birgə reyd təşkil edilib.

Reyd zamanı qanunsuz miqrasiyanın təşkilində şübhəli bilinən üç nəfər saxlanılıb. İstintaq məlumatına əsasən, onlar əcnəbiləri saxta sənədlərlə leqallaşdıraraq, bunu bərbərxana və telefon təmiri adı altında həyata keçiriblər.

Güc strukturları şübhəlilərin üzərində saxta miqrasiya sənədləri, o cümlədən sərhəd keçidi möhürləri tapıblar.

Bu üç şübhəli ilə yanaşı, hüquq-mühafizə orqanları 426 nəfəri də saxlayıb. Onların hamısının Rusiya miqrasiya qanunvericiliyini pozduğu bildirilib.

Son xəbərlər