Moskvada bankda baş verən partlayışda yeniyetmə şübhəli bilinir

Moskvada bankda baş verən partlayışda yeniyetmə şübhəli bilinir
Dünya 24

Moskvanın Putilkovo qəsəbəsində bank şöbəsində partlayış baş verib.

BAKU.WS "lenta.ru"ya istinadən xəbər verir ki, partlayışında şübhəli bilinən şəxsi saxlanılıb.

Həmin şəxs yeniyetmədir. Yerli sakinlər onun partlayışdan əvvəl bank binasından qaçdığını bildiriblər.

Moskva vilayətinin prokurorluğunun məlumatına görə, yeniyetmə fırıldaqçıların əmri ilə hərəkət etmiş ola bilər.

O polis gəlməzdən əvvəl şahidlər tərəfindən saxlanılıb.

Martın 7-də Moskva vilayətinin Putilkovo şəhərindəki bir bankda partlayış baş verdiyi bildirilib . Partlayış Volnaya küçəsindəki bir ofisdə baş verib, pəncərələr və giriş qapısı sınıb. İlkin məlumatlara görə, xəsarət alan yoxdur.

Son xəbərlər