Moskva vilayətində yağan yağışdan sonra körpü uçub
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Moskva vilayətində yağan yağışdan sonra körpü uçub.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb.
Bildirilib ki, üç yaşayış məntəqəsi ilə rabitə əlaqəsi kəsilib.
"Çökmə səhər saat beşdə baş verib. Aleksino kəndi ilə Vereiskoye arasındakı beş metrlik beton körpünü yağış suları aparıb. Hazırda ərazidə uçan körpünün sökülməsi istiqamətində işlər aparılır. Drenaj borusu olan yeni keçid tikilir, körpünün yatağı çınqılla örtüləcək. İşlərin günorta saatlarına qədər başa çatdırılacağı söz verilir", - deyə məlumatda vurğulanıb.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...