Moskva vilayətində sarı təhlükə səviyyəsi elan edilib - Axşama qədər...

Rusiyanın Moskva vilayətində yanğın təhlükəsi ilə əlaqədar sarı həyacan səviyyəsi elan edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Hidrometeorologiya Mərkəzinin saytında məlumat verilib.
Bildirilib ki, Moskva vilayətində yüksək yanğın təhlükəsi (dördüncü dərəcəli) saat 18:00-dək davam edəcək. Moskvada analoji xəbərdarlıq saat 21:00-dək qüvvədədir.
Xatırladaq ki, ötən gecə, aprelin 28-də Moskva vilayətində rekord aşağı temperatur qeydə alınıb. Ən soyuq hava Klin şəhərində olub, burada termometr mənfi 5,9 dərəcəyə düşüb.
Eyni zamanda, Mojayskda minimum gündəlik temperatur rekordu qırılıb. Meteostansiyanın termometrləri mənfi 4,2 dərəcə göstərdi ki, bu da 1971-ci ilin rekordundan 0,7 dərəcə aşağıdır.

Oxşar xəbərlər
Rus generala qarşı sui-qəsddə günahkar bilinən şəxs tutuldu
Moskvada Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah İdarəsinin Əməliyyat Baş İdarəsi rəisinin müavini, general-mayor Yaroslav Moskalik avtomobilinə yerləşdirilən...