Moskva və Peterburq sakinlərinə xəbərdarlıq olunub - Gələn həftə…
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın paytaxtı Moskvada isti yay havası gələn həftənin sonuna qədər davam edəcək.
BAKU.WS Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand bildirib.
Onun verdiyi məlumata görə, paytaxtda havanın temperaturu iqlim normasından 4-6 dərəcə yüksək olacaq.
"Gələn həftəni sentyabrın havası ilə deyil, iyulun və avqustun birinci yarısının havası ilə müqaisə etmək olar", -deyə o qeyd edib.
Vilfand əlavə edib ki, bu hava anomaliyası antisiklonun şərqə doğru hərəkəti ilə bağlıdır. Sinoptikin sözlərinə görə, gələn həftənin ən isti günü bazar ertəsi olacaq: gün ərzində termometr +27 dərəcəyə çatacaq:
"Yaxın həftə ərzində Moskva və Sankt-Peterburqda iyul ayına bənzər isti hava şəraiti gözlənilir".
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...