Moskva metrosunda qadına yer verməyən sərnişin bıçaqlandı

Rusiyanın paytaxtl Moskvada "Kitay-Qorod"dan "Turgenyevskaya" stansiyasına gedən qatarda sərnişinlər arasında əlbəyaxa dava qeydə alınıb.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiyanın Daxili İşlər Nazirliyinin nümayəndəsi İrina Volk Telegram kanalında bildirib.
Onun sözlərinə görə, sərnişinlərdən biri bıçaqla hücuma məruz qalıb:
"Hücumun səbəbi sərnişinin digərinə qadına yer verməməsi barədə irad bildirməsi olub.
Qatar stansiyaya çatanda silahlı şəxs hadisə yerindən yayınıb. Bıçaq zərbəsi almış sərnişinə isə tibbi yardım göstərilib".
Qeyd edək ki, polis qısa müddət ərzində hücum edən şəxsi evinin yaxınlığında saxlayıb. Ona qarşı xuliqanlıq maddəsi üzrə cinayət işi açılıb.
Oxşar xəbərlər
"Haber Global"ın çəkiliş heyəti Suriyada qızğın döyüş meydanına düşüb
Türkiyənin "Haber Global" televiziya kanalının çəkiliş heyəti Suriyanın cənubundakı Əs-Suveyda əyalətində çəkiliş etmək istəyərkən silahlı toqquşmaya şahidlik e...