Modi ilə Pezeşkian Yaxın Şərq və Hörmüz boğazını müzakirə ediblər
Hindistanın Baş naziri Narendra Modi İran Prezidenti Məsud Pezeşkianla telefonla danışıb və tərəflər Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, N. Modi bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
"İran Prezidenti Dr. Məsud Pezeşkianla Qərbi Asiyadakı son hadisələr barədə danışdım", - o bildirib.
Söhbət zamanı ABŞ ilə İran arasında danışıqlar prosesində əldə olunan irəliləyişlər yüksək qiymətləndirilib:
"Danışıqlarda əldə edilən irəliləyişi məmnunluqla qarşıladım və davam edən səylərin regionda davamlı sülhə gətirib çıxaracağına ümid etdiyimi bildirdim. Hörmüz boğazında naviqasiya azadlığının Hindistan və dünya üçün əhəmiyyətini bir daha vurğuladım".
Xatırladaq ki, İran Hörmüz boğazında sərbəst gəmiçiliyinin təminatı üçün gələcəkdə əlavə rüsumlar tələb edir və bu su yolunun ödənişli olması üçün Omandan da Tehrana həmrəylik ifadə olunub. Beynəlxalq Dəniz Təşkilatı (BDT) isə Hörmüz boğazı üçün könüllü ödəniş fondunun yaradılmasını mümkün sayır.
Oxşar xəbərlər
BMT-nin razılığı olmadan yadplanetlilərə cavab vermək qadağan edildi
Beynəlxalq Astronavtika Akademiyası (IAA) yadplanetli sivilizasiyalarla mümkün ünsiyyətə dair tövsiyələrini yeniləyib. BAKU.WS-in məlumatına görə, müvafiq sənə...