MMA üzrə ukraynalı çempion Qavrilets Kursk vilayətində öldürülüb

MMA üzrə ukraynalı çempion Qavrilets Kursk vilayətində öldürülüb
Dünya 41

Kursk vilayətində Ukrayna xüsusi təyinatlı dəstəsinin baş operatoru, MMA üzrə ukraynalı çempion Nazariy Qavrilets öldürülüb.

BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Qavrilets və dostları yerli mağazalarından birində "alış-veriş" edərkən baş verib.

"Onun qruplaşmasının digər öldürülən yaraqlıları haqqında hələ rəsmi məlumat verilməyib, lakin daha sonra yerli mediada nekroloqların yayımlanacağı gözlənilir".

Xatırldaq ki, sentyabrın 24-də Rusiya Müdafiə Nazirliyinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, "Axmat" xüsusi təyinatlı qüvvələrinin komandanı, general-mayor Apti Alaudinov bildirib ki, Kursk vilayətində Ukrayna Silahlı Qüvvələri (AFU) əvvəllər ələ keçirdikləri 12-dən çox yaşayış məntəqəsinə nəzarəti itirib. Avqustun 6-dan Rusiya Silahlı Qüvvələri Kursk vilayətində Ukrayna bölmələri ilə döyüşür. Avqustun 10-dan etibarən bölgədə antiterror əməliyyatı rejimi tətbiq olunur.

Son xəbərlər