Mixail Saakaşvili ona oxunan hökmə münasibət bildirdi: "Ömürlük həbsə məhkum edildim"
12
mar
2025
23:31
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Tbilisi şəhər məhkəməsinin doqquzillik hökmünə münasibət bildirib.
Oxu.Az-ın gazeta.ru-ya istinadən məlumatına görə, sabiq dövlət başçısı hakimin qərarını "sürpriz" adlandırıb.
Saakaşvili bu hökmün onun üçün ömürlüyə bərabər olduğunu qeyd edib.
"Oliqarxın hökmü necə də sürpriz oldu, hə? Mən Prezident Administrasiyasının rəsmi xərclərinə görə praktiki olaraq ömürlük həbsə məhkum edildim... Bizi qorxuda bilməzlər! Güc birlikdədir!" - deyə Saakaşvili bildirib.
Oxşar xəbərlər
Dubayda yaşayış icazəsi almaq asanlaşdı
Birləşmiş Ərəb Əmirliklərinin ən iri şəhərlərindən biri olan Dubayda yaşayış icazəsi ilə bağlı qaydalarda dəyişiklik edilib. BAKU.WS xəbər verir ki, "DLD Cube"...