Mixael Şumaxerin bolidi hərracda 15 milyon dollara satıla bilər
Yeniliklərdən dərhal xəbərdar olun
"Ferrari" komandasının almaniyalı sabiq pilotu Mixael Şumaxerin dünya çempionatının son mövsümündə idarə etdiyi bolid hərraca çıxarılıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bolid 15 milyon ABŞ dollarına satıla bilər.
Pilot bu avtomobillə 2006-cı ildə yarışıb və beş yarışı qazanıb.
Hərrac noyabrın 14-də Nyu-Yorkda təşkil ediləcək.
Xatırladaq ki, Şumaxer "Formula 1" üzrə çempionluq rekordunun həmsahibidir: o və britaniyalı Lyuis Hemilton 7 dəfə çempionluq yaşayıblar.
Pilot 1996-2006-cı illərdə "Ferrari"nin şərəfini qoruyub və komanda ilə 5 titul qazanıb.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...