Miqrantlar Rusiyanı tərk edir - İnşaatçıların maaşı İT işçilərini qabaqlayır
Yeniliklərdən dərhal xəbərdar olun
Rublun məzənnəsinin kəskin ucuzlaşması Rusiyadan miqrantların gedişini sürətləndirib.
BAKU.WS "Qazeta.ru"ya istinadən xəbər verie ki, bu barədə Rusiya Dövlət Dumasının İqtisadi Siyasət Komitəsinin sədr müavini Artem Kiryanov bildirib.
"Xarici işçilərin Rusiyadan axını həm də rublun zəifləməsi ilə bağlıdır, çünki bu, onlar üçün maaşların cəlbediciliyini azaldır", - deputat izah edib.
Son üç ayda Rusiyanın milli valyutası demək olar ki, 20% dəyər itirib. Ötən gün dolların məzənnəsi 104 rublu, avro 109 rublu ötüb.
Miqrant axını səbəbindən ciddi işçi çatışmazlığı ilə üzləşən sahələrdən biri də tikinti sektoru olub. Bu gün bu sahədə kadr çatışmazlığı 300 min nəfər olaraq qiymətləndirilir. Mütəxəssislər üçün şiddətli rəqabət şəraitində işəgötürənlər daha əlverişli iş şəraiti təklif etməyə başladılar. Nəticədə inşaatçılar və işçilər əmək haqqının artımı baxımından İT mütəxəssislərini qabaqlayıblar.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...