Meyve dietası ilə 20 kiloya düşən sosial media fenomeni həyatını itirdi
Yeniliklərdən dərhal xəbərdar olun
Polonyalı sosial media fenomeni Karolina Krzyzak uzun müddət yalnız çiğ meyvə ilə qidalanaraq 20 kiloya qədər düşdükdən sonra Balidə otel otağında vəfat edib. 27 yaşlı gənc qadının ailəsinin bütün xəbərdarlıqlarına baxmayaraq tibbi yardım almadığı öyrənilib.
BAKU.WS xəbər verir ki, Krzyzak universitet illərində veganlıqla tanış olub, sonradan meyvə dietasına (fruitarianism) keçərək sosial mediada bu radikal qidalanma üsulunu izləyicilərinə nümunə göstərib. Zamanla saç tökülməsi, diş çürüməsi və protein çatışmazlığı kimi ciddi sağlamlıq problemləri yaranıb.
Ölüm səbəb yetərsiz qidalanma olaraq açıqlanıb. Ekspertlər xəbərdarlıq edərək, sosial mediada yayılan təsdiqlənməmiş radikal diyetlərin sağlamlığa təhlükə yarada biləcəyini və tibbi nəzarət olmadan tətbiq edilməməli olduğunu vurğulayıb.
Qalereya
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...