Məsud Pezeşkian Müctəba Xamenei ilə ünsiyyətindən danışıb
Yeniliklərdən dərhal xəbərdar olun
İran Prezidenti Məsud Pezeşkian ölkənin Ali rəhbəri Müctəba Xamenei ilə ünsiyyət səviyyəsinin yüksəldiyini və bütün qərarların onun göstərişlərinə uyğun olaraq qəbul edildiyini bəyan edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
"İndi ünsiyyətin yaxşılaşması və sevimli rəhbərimizə əlçatanlığın genişlənməsi sayəsində bütün addımlar onun göstərişlərinə uyğun təşkil edilir", - deyə İran prezidenti ictimai tədbirdə çıxış edərkən bildirib.
Daha əvvəl bildirilirdi ki, İranın yeni Ali rəhbəri Müctəba Xameneinin ABŞ və İsrail ilə münaqişə başa çatanadək ictimai məkanlarda görünmək planı yoxdur. Bu addım təhlükəsizlik səbəbinə görə atılır.
Oxşar xəbərlər
Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır
Rusiyada əcnəbilərin ölkədən inzibati qaydada çıxarılmasını nəzərdə tutan inzibati xətaların siyahısı noyabrın 3-dən etibarən iki dəfə genişləndirilərək 45-ə ça...