Məşhur yazıçı vəfat etdi
Məşhur yazıçı Muxtar Mağauin dünyasını dəyişdi.
BAKU.WS Kazinform agentliyinə istinadən xəbər verir ki, məşhur qazax yazıçısı Muxtar Mağauinin vəfatı barədə xəbəri onun oğlu Yedige Mağauin açıqlayıb.
"Atam 9 yanvar 2025-ci il ABŞ-nin Merilend ştatında öz evində, ailəsinin əhatəsində bu dünyadan köçdü", - deyə Yedige Mağauin Facebook səhifəsində yazıb.
Muxtar Muqanoviç Mağauin 2 fevral 1940-cı ildə Qazaxıstanın Şərqi Qazaxıstan vilayətinin Ayagoz rayonunda anadan olub. Yazıçı yaradıcılıq yoluna 1965-ci ildə "Qazax Ədəbiyyatı" qəzetinin ədəbiyyat tənqidi şöbəsinin müdiri vəzifəsindən başlayıb. 1980-ci illərdə sərbəst yaradıcılıqla məşğul olan Mağauin "Jazuşı" nəşriyyatının və "Juldız" jurnalının baş redaktoru, Qazaxstan Yazıçılar İttifaqının katibi vəzifələrini də icra edib.
Muxtar Mağauin 1959-cu ildən etibarən çap olunmağa başlayıb. İlk elmi əsəri "Qobız sarını" 1960-cı ildə nəşr edilib. Ardınca bir çox məşhur bədii əsərlərini təqdim edib: "Kök mümar" romanı (1972), "Bir atanın balaları" povesti, "Alasapıran" tarixi roman-diloqiyası (1980-1982), "Şakan Şəri" romanı və "Mən" avtobioqrafik romanı.
Yazıçı həm də dünya ədəbiyyatından bir sıra əsərləri qazax dilinə tərcümə edib, o cümlədən S. Moemin hekayələr toplusu, H. Haqqardın "Solomonun xəzinələri" romanı və N. Poqodinin "Kreml saatları" pyesi kimi əsərlər.
Yazıçının əsərləri 13 cilddə toplanaraq müstəqillik illərində çap edilib və bir çox dillərə tərcümə olunub. Onun "Jarmak" romanı və "Çingiz Xan" trilogiyası qazax ədəbiyyatının ən mühüm əsərləri hesab olunur.
Oxşar xəbərlər
Alimlər Merkurinin şimal qütbünün yeni fotolarını yayımlayıb
Avropa Kosmik Agentliyinə (ESA) məxsus "BepiColombo" kosmik aparatı Merkurinin şimal qütbünün ən detallı fotolarını əldə edib. Fotolar planetə cəmi 295 kilometr...