Məşhur sələmçiyə qarşı başladılan istintaqda Seda Sayanın da adı çıxdı

Məşhur sələmçiyə qarşı başladılan istintaqda Seda Sayanın da adı çıxdı
Dünya 112

"Məşhurların sələmçisi" kimi tanınan Örfi Bilginlə bağlı istintaqda 4 nəfər həbs edilib. İstintaq zamanı toplanan materiallar arasında məşhur müğənni Seda Sayana aid müqavilə də ortaya çıxıb. 

BAKU.WS xəbər verir ki, müqavilədə Seda Sayanın Örfidən 7.5 milyon lirə (təxminən 354 000 AZN) sələm götürdüyü qeyd edilib. 

Seda buna görə illik hər ay 2 milyon lirə (təxminən 94 400 AZN) ödəməli olduğu yazılıb.

Sənətçi pulun az hissəsini rəsmi, çox böyük hissəsini isə qeyri-rəsmi şəkildə qaytarmalı imiş. Bu pul illik olaraq 50 faizlə sələmə verilib. Pulun 2023 və 2024-cü illərdə ödənilməsi nəzərdə tutulub. 

Son xəbərlər