Məşhur blogger Putinlə müsahibə etmək üçün Moskvaya gedir

Məşhur blogger Putinlə müsahibə etmək üçün Moskvaya gedir
Dünya 813

Amerikalı bloger Leks Fridman Rusiya prezidenti Vladimir Putinlə müsahibə almaq üçün Moskva ilə əlaqə saxlayıb.

BAKU.WS "Veçernaya Moskva"ya istinadən xəbər verir ki, bu barədə cümə axşamı, yanvarın 23-də Rusiya liderinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

"Həqiqətən onunla əlaqə saxlayırıq, o, bizimlə əlaqə saxladı. O, əvvəlcə Moskvaya (əslən buradandır) gəlmək və prezidentlə müsahibənin mümkünlüyünü müzakirə etmək istəyirdi", - Peskov deyib.

O əlavə edib ki, yaxın vaxtlarda prezidentlə müsahibə planlaşdırılmır. Bunun üçün əlavə dəqiqləşdirmə tələb edən xüsusi hallar lazımdır. Adıçəkilən bloqqer prezidentlə müsahibə üçün potensial namizədlərdən biri hesab edilsə də, hələlik konkret razılaşma yoxdur.

Xatırladaq ki, dünən Fridman Putindən müsahibə almaq üçün Rusiyaya gəlmək istədiyini söylədi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər