Məşhur aktyorun Fransadakı mənzilindən üç "Sezar" oğurlandı

Məşhur aktyorun Fransadakı mənzilindən üç Sezar oğurlandı
Dünya 39

Fransız aktyor Benoit Magimelin Parisdəki mənzilindən 80 min avroluq oğurluq olub.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, sentyabrın 3-ü axşam saatlarında 50 yaşlı Magimel Parisin 16-cı rayonundakı mənzilinə qayıdıb.

O, avqustun 16-dan evdə olmayıb və dərhal anlayıb ki, onun olmadığı müddətdə oğurluq olub. Aktyor şikayət etmək üçün dərhal polis bölməsinə gedib.

Məlum olub ki, naməlum şəxslər aktyora məxsus bir neçə dəbdəbəli saatı, həmçinin üç Sezar film mükafatını oğurlayıblar. Magimel 2022 və 2023-cü illərdə "Ən yaxşı aktyor" kateqoriyasında Fransa Oskar heykəlciklərini alıb və 2016-cı ildə ikinci planda ən yaxşı ifaçı kimi tanınıb.

Kanalın məlumatına görə, oğurluqdan dəyən zərərin təxminən 80 min avrodur.

Son xəbərlər