Meşə yanğınına müdaxilə edən helikopter qəzaya uğradı
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin Yuta ştatında meşə yanğınına müdaxilə edən yanğınsöndürən helikopter qəzaya uğrayıb.
BAKU.WS xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya İdarəsi (FAA) məlumat yayıb.
Qeyd edilib ki, Yuta ştatındakı Riçfild yaxınlığında içərisində iki nəfərin olduğu "Sikorsky S-64" tipli yanğınsöndürən helikopter qəzaya uğrayıb.
Dərhal hadisə yerinə təcili yardım qrupları cəlb olunub.
Səlahiyyətlilər helikopterdəki 2 nəfərin səhhəti ilə bağlı hələlik heç bir məlumatın paylaşılmadığını bildiriblər.
Yanğından mühafizə xidmətinin rəsmiləri qəzanın "Widemouth 2" meşə yanğını bölgəsində baş verdiyini açıqlayıblar.
Ştatın meşə yanğınları məlumat mərkəzinin məlumatına görə, iyulun 27-də ildırım düşməsi nəticəsində başlayan və indiyədək təxminən 425 kvadratkilometr ərazini külə döndərən yanğının yalnız 19 faizi nəzarət altına alınıb.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...