Merts: Rusiya-Ukrayna münaqişəsinin nəticəsi bütün Avropanın taleyini həll edəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya və Ukrayna arasında böhranın həlli üçün qəbul edilən qərarlar daha diqqətlə ölçülməlidir, çünki münaqişənin nəticəsi bütün qitənin nizamına təsir göstərəcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Almaniya Kansleri Fridrix Merts parlamentdə yeni hökumətin ilk bəyanatı ilə çıxış edərkən bildirib.
Onun fikrincə, bu münaqişənin nəticəsi qanunun və nizamın Avropaya və gələcəyin dünyasına gələcəyini, yoxsa orada ən güclülərin sağ qaldığı zorakı militarizmin hökm sürəcəyini həll edəcək.
"Hazırda bütün qitənin nizamı təhlükə altındadır", - o deyib.
Merts vurğulayıb ki, onun hökuməti üçün əsas prioritet ordunun gücləndirilməsidir, Avropa üçün əsas prioritet isə birlikdir.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...