Mərkəzi Asiyanın 4 ölkəsində eyni vaxtda elektrik kəsildi

Mərkəzi Asiyanın 4 ölkəsində eyni vaxtda elektrik kəsildi
Dünya 39

Mərkəzi Asiyanın Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanında elektrik enerjisinin verilişində fasilələr yaranıb.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, kəsintilər təxminən eyni vaxtda qeydə alınıb.

Özbəkistanın Energetika Nazirliyi bildirib ki, qonşu ölkələrdən birinin elektrik şəbəkəsində baş verən qəza Mərkəzi Asiyanın vahid enerji sisteminə təsir göstərib. Nəticədə ölkənin Surxandərya vilayətinin bəzi ərazilərində elektrik enerjisinin verilişi dayandırılıb. Qəzanın hansı ölkədə baş verdiyi açıqlanmayıb.

Qazaxıstanda isə 500 kilovoltluq üç elektrik xəttində fasilə yaranıb. Bu səbəbdən Almatı vilayətinin bir sıra rayonları işıqsız qalıb.

Tacikistanın paytaxtı Düşənbə və digər şəhərlərdə də elektrik kəsintiləri müşahidə olunub. Eyni vəziyyət Qırğızıstanın paytaxtı Bişkekin bəzi ərazilərində də yaşanıb.

Aidiyyəti qurumlar hazırda bərpa işləri aparır. Elektrik enerjisinin mərhələli şəkildə yenidən verilməsi gözlənilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər