"Memati"dən "Kurtlar Vadisi" sevərləri məyus edən açıqlama
Türkiyənin ölkəmizdə də sevilən bir zamanların məşhir "Kurtlar Vadisi" serialında Memati obrazını canlandıran Gürkan Uyğun Qazaxıstan Respublikasının baş konsulu Nuriddin Amankulla görüşüb.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, ikilinin görüşündə Türkiyə ilə Qazaxıstan arasında bədii layihələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüş zamanı baş konsul Nuriddin Amankul Gürkan Uyğuna "Kurtlar Vadisi yenidən çəkiləcəkmi?" sualını verib.
Ustad aktyor bu suala "Böyük büdcə və zəhmət tələb edir. Bundan sonra olacağını düşünmürəm. Onsuz da o dövrün başqa bir sehri var idi, əvvəllər edilməmiş bir şey etdik, tamaşaçı qarşısına başqa ssenari ilə çıxdıq, bunu da təkrarlamaq lazım olduğunu düşünürəm" deyə cavab verib.
Oxşar xəbərlər
Tramp: Hörmüz boğazından keçidə görə ödənişləri yalnız Vaşinqton tətbiq edə bilər
Hörmüz boğazından gəmiçilik ABŞ və İran arasında atəşkəs dövründə və yekun razılaşma əldə edildikdən sonra ödənişsiz olacaq. BAKU.WS "Report"a istinadən xəbər v...