Meksikada güclü zəlzələdən sonra 900-dən çox afterşok qeydə alınıb
Yeniliklərdən dərhal xəbərdar olun
Seysmoloqlar Meksikada 6,5 maqnitudada zəlzələdən sonra 936 afterşok qeydə alıblar.
BAKU.WS report-a istinadən xəbər verir ki, ölkənin Milli Seysmoloji Xidməti bu barədə "X" sosial şəbəkəsində xəbər verib.
"Yanvarın 2-si saat 20:00-a olan məlumata görə, Herrero ştatının San-Markos rayonunda baş verən 6,5 maqnitudada zəlzələdən sonra 936 afterşok qeydə alınıb", - paylaşımda bildirilir.
Qeyd olunur ki, ən güclü afterşok 4,7 maqnitudada olub. Seysmik aktivliyin monitorinqi davam edir.
Əsas zəlzələnin ilkin maqnitudası 6,5 olub. Episentr Herreronun San-Markos şəhərindən 15 km cənub-qərbdə, ocağı təxminən 10 km dərinlikdə yerləşib. Mexiko şəhərində baş verən zəlzələ nəticəsində on iki nəfər xəsarət alıb.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...