Məkkə, Mədinə və Ciddədə qırmızı xəbərdarlıq: Küçələr su altında qaldı
Yeniliklərdən dərhal xəbərdar olun
Səudiyyə Ərəbistanının Məkkə şəhəri güclü yağışlardan sonra böyük sel fəlakəti ilə üz-üzədir. Günlərlə davam edən leysan yağışlar nəticəsində küçələr və prospektlər gölə çevrilib, avtomobillər sel sularında sürüklənib.
BAKU.WS xəbər verir ki, bu barədə İHA məlumat yayıb.
Sel gücü yolları tamamilə su altında qoyub və qarşısına çıxan hər şeyi özü ilə aparıb. Daşan çaylar və dərələr üzərindəki körpülərdən keçən avtomobillər çətin anlar yaşayıb. Bir çox sürücü avtomobillərində köməksiz vəziyyətdə qalıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının bir çox bölgəsində dolu, ildırım çaxması və şiddətli yağış təsirini göstərib. Bəzi yerlərdə hətta qasırğa hadisələri də qeydə alınıb. Səudiyyə Ərəbistanı Meteorologiya İdarəsi Məkkə, Mədinə və Ciddə şəhərlərində qırmızı xəbərdarlıq elan edib.
Oxşar xəbərlər
Əndəlüs rəhbərliyi dəmiryol qəzasından sonra üçgünlük matəm elan edib
İspaniyanın Əndəlüs muxtar regionunun rəhbərliyi onlarla insanın həyatına son qoyan dəmiryol qəzası ilə əlaqədar üçgünlük matəm elan edib. BAKU.WS "Report"a ist...