"MasterChef" şousunun çəkiliş pavilyonuna raket hücumu - Dağıntılar var
Noyabrın 13-ü Rusiya ordusu Ukrayna şəhərlərini növbəti dəfə atəşə tutub. Bu dəfə Ukrayna paytaxtı zərər çəkib. Hücum nəticəsində Ukraynanın məşhur "MasterChef" şousunun Kiyev vilayətindəku çəkiliş pavilyonuna ciddi ziyan dəyib.
BAKU.WS xəbər verir ki, bu barədə xəbər STB telekanalının İnstaqram səhifəsində dərc olunub.
Layihənin nümayəndələri internetdə Rusiyanın hücumunun nəticələrini əks etdirən kadrları nümayiş etdiriblər.
Bildirilib ki, yalnız binalar zədələnib, xoşbəxtlikdən heç kim xəsarət almayıb.
İnternetdə yayılan fotolardan görünür ki, əsasən çəkilişlərin aparıldığı otaqlara və mətbəxə ziyan dəyib. Qeyd olunub ki, binalar tam miqyaslı işğal şəraitinə uyğunlaşdırılıb. Xüsusilə orada hava hücumları zamanı şou komandasının və iştirakçıların yerləşdiyi iki sığınacaq yaradılıb.
Qalereya
Oxşar xəbərlər
Danimarka 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan etməyi planlaşdırır
Danimarka hökuməti 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan etmək planlarını açıqlayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu bar...