Marmarisdəki zəlzələdən daha bir görüntü - İnsanlar restoranları belə tərk etdi
Türkiyənin Marmaris şəhərində baş verən 5.8 ballıq zəlzələdən daha bir görüntü yayılıb.
BAKU.WS xəbər verir ki, kadrlarda təbii fəlakətin insanları qorxutduğu və təşvişə saldığı görüntülər yer alıb.
Gecə saatlarında müxtəlif kafe və restoranlarda olan vətəndaşlar zələzələ səbəbilə qorxu və həyəcan içində məkanı tərk etməli olublar.
Görüntülərdə yaşayış evləri və xəstəxanalardan da kadrlar yer alıb. 5.8 ballıq zəlzələnin həmin məkanları necə silkələdiyi əks olunub.
Xatırladaq ki, ötən gün Marmarisin Muğla bölgəsində yaşanan təbii fəlakət zamanı bir nəfər ölüb, 69 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Oxşar xəbərlər
Şimali Makedoniyada 3 mindən çox insan sudan zəhərlənib
Şimali Makedoniyada ölkənin şimalındakı Qostivar şəhərciyində 3 mindən çox insan zəhərlənib, bunun səbəbinin əhaliyə verilən suyun bakterial çirklənməsi olduğu...