Marko Rubio ilə Hakan Fidan Yaxın Şərq və Ukrayna məsələlərini müzakirə ediblər
ABŞ dövlət katibi Marko Rubio ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan Vaşinqtonda keçirilən görüşdə Yaxın Şərqdə davamlı sülhün təmin olunması istiqamətində səylərə dəstəklərini bir daha ifadə ediblər.
BAKU.WS-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Məlumata əsasən, görüşdə Qəzza zolağında atəşkəsin bərqərar olması və bölgədə sabitliyin gücləndirilməsi üçün atılacaq növbəti addımlar müzakirə edilib. "Dövlət katibi Rubio və xarici işlər naziri Fidan Yaxın Şərqdə uzunmüddətli sülhə nail olmaq istiqamətində səylərə davamlı dəstək verəcəklərini vurğulayıblar", - açıqlamada qeyd olunur.
Bundan əlavə, tərəflər Ukrayna müharibəsi məsələsinə də toxunublar.
Oxşar xəbərlər
Ermənistanda MTX Sərhəd Qoşunlarına yeni komandan təyin edilib
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) Sərhəd Qoşunlarına yeni komandan təyin olunub. BAKU.WS Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu vəzi...