Malidə silahlıların hücumu nəticəsində 50-dən çox adam ölüb
Malinin şimal-şərqindəki Qao şəhəri yaxınlığında silahlı şəxslərin mülki konvoya və onun hərbi eskortuna hücumu nəticəsində 50-dən çox adam ölüb.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə yerli rəsmilər və sakinlər məlumat yayıb.
Hücum Qao kəndi yaxınlığında, İŞİD və "Əl-Qaidə" ilə əlaqəsi olan qrupların on ildən artıqdır fəaliyyət göstərdiyi bölgədə baş verib.
"İnsanlar xilas olmağa çalışaraq özlərini maşınlardan yerə atırdılar. Mülki vətəndaşlar arasında çoxlu sayda ölü və yaralı var", - yerli sakin deyib.
Onun sözlərinə görə, 56 qurbanın cəsədi Qao xəstəxanasına çatdırılıb, hərbi itkilərin sayı isə məlum deyil.
Həmçinin qeyd edilir ki, insan ölümü ilə nəticələnən hücumlar çox tez-tez olduğundan hərbçilər demək olar hər gün konvoylar üçün eskort təşkil edir.
Oxşar xəbərlər
İtaliyada enerji və nəqliyyat xərclərinin kəskin artımı gözlənilir
İtaliya Yaxın Şərqdə davam edən böhran fonunda qiymət artımının yeni mərhələsi ilə üzləşə bilər. Artımın əsasən enerji və nəqliyyat sahələrində hiss olunacağı b...