Maldiv adalarında köpək balığı daha bir turistə hücum etdi

Milyonlarla turistin istirahətə getdiyi Maldiv adalarında bədbəxt hadisə yaşanıb. Nəhəng köpək balıqlarından biri rusiyalı qadın turistə hücum edib.
BAKU.WS xəbər verir ki, o xəstəxanaya yerləşdirilərək əməliyyat edilib. Köpəkbalığı Yekaterinanın biləyindən dişləyib. O köpəkbalığını cəld itələyərək turist qayığına tərəf getdi və dərhal oradan çıxarılıb.
Qadın, ağrı kəsicinin yetərli olmadığını və əməliyyat zamanı şiddətli ağrılar hiss etdiyini bildirib. Sığorta şirkəti müalicə və xəstəxanaya yerləşdirmə xərclərini ödəməkdən imtina edib.
Xatırladaq ki, bundan əvvəl də Maldiv adalarında belə bir hadisə yaşanıb.
Bu ilin fevralında köpəkbalığı suda üzən 44 yaşlı turistə hücum edib. O bir əli ilə köpək balığına zərbə vurmağa çalışıb. Nəticədə, balıq turistin əlini dişləyib.
Bundan sonra qadın qayığa üzüb və digərlərini qorxutmamaq üçün qanlı əlini bağlayıb.

Oxşar xəbərlər
Tramp: 10 gün ərzində razılıq əldə olunmasa, sanksiyalar gələcək
ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasındakı münaqişənin nizamlanması ilə bağlı Vaşinqtonun 10 günlük vaxt verdiyini bəyan edib. Əks halda, ABŞ adm...