Makaronda "Listeria" bakteriyası TƏHLÜKƏSİ: ABŞ-də 6 nəfər ölüb, onlarla insan xəstəxanadadır
ABŞ-də hazır makaronlardan yayılan "Listeria" bakteriyası bir neçə insanın həyatına son qoyub.
BAKU.WS NBC News-a istinadən xəbər verir ki, ABŞ Qida və Dərman İdarəsi (FDA) açıqlama yayaraq ölkənin 18 ştatında "Listeria" yoluxmalarının qeydə alındığını bildirib.
Məlumata əsasən, əvvəlcədən bişirilərək qablaşdırılan hazır makaronlar bakteriyanın əsas mənbəyidir. Bu məhsullardan zəhərlənən 6 nəfər ölüb, bir qadın isə hamiləlik itkisiylə üzləşib.
Ümumilikdə 27 yoluxma hadisəsi müəyyən edilib, onlardan 25-i xəstəxanaya yerləşdirilib.
FDA təhlükəli hesab edilən makaron məhsullarının bazar dövriyyəsindən çıxarıldığını açıqlayıb.
Mütəxəssislər qeyd edirlər ki, "Listeria" bakteriyası xüsusilə hazır və uzun müddət soyuducuda saxlanılan qidalarda çoxalır və hamilə qadınlar, yaşlılar, eləcə də immun sistemi zəif olan şəxslər üçün ölümcül ola bilər.
Oxşar xəbərlər
Türkiyəli professordan XƏBƏRDARLIQ! - Bu ərazilərdə 6 ballıq ZƏLZƏLƏ ola bilər
Türkiyənin Balıkesir bölgəsində ardıcıl zəlzələlər narahatlıq yaradıb. Yer elmləri üzrə mütəxəssis, professor Şener Üşümezsoy yeni xəbərdarlıq edib. BAKU.WS xəb...