Mahaçqalada güclü qasırğa
Mahaçqalada (Dağıstan Respublikası, Rusiya) güclü qasırğa hökm sürür.
BAKU.WS Rusiya KİV-ə istinadən xəbər verir ki, nətucədə insanlara, avtomobillərə və ağaclara ziyan dəyib.
"Bu gün səhər saatlarında taxta parçası uçaraq küçədən keçən qadını əzib, onun vəziyyəti müəyyənləşdirilir. Külək avtomobillərin şüşələrini sındırır, ağacları qoparır, tikinti gedən ərazilərdə beton blokları yıxır", - deyə məlumatda qeyd olunub.
Yayımlanan kadrlarda güclü külək nəticəsində beton blokların birbaşa avtomobilin üzərinə düşməsi əks olunub. Yerli Fövqəladə Hallar Nazirliyindən yaydığı məlumata görə, küləkli hava bu, günün sonuna qədər davam edəcək.
Oxşar xəbərlər
Əsəbləri sakitləşdirən qidalar açıqlanıb
Bəzi qidalar sinir sisteminin normal fəaliyyətini dəstəkləyir, stressin idarə olunmasına və əhval-ruhiyyənin yaxşılaşmasına kömək edə bilər. BAKU.WS xəbər verir...