Maduro və həyat yoldaşının məhkəmə tarixi müəyyənləşdirildi
ABŞ məhkəməsi Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin işi üzrə məhkəmə iclasının tarixini müəyyən edib.
BAKU.WS xəbər verir ki, ABŞ hakimi iş üzrə ilk məhkəmə baxışının 1 iyun 2027-ci il tarixinə təyin edilməsi barədə qərar qəbul edib.
Xəbərdə bildirilir ki, Maduro və Flores cari ilin yanvar ayının əvvəlində ABŞ hərbçilərinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. Cütlük narkotik vasitələrin qanunsuz dövriyyəsi və odlu silahla bağlı irəli sürülən ittihamları qəbul etməyib.
Nikolas Maduro və Siliya Flores Nyu-York məhkəməsində üçüncü dəfə hakim qarşısına çıxıblar.
Oxşar xəbərlər
Azərbaycana girişi qadağan edilən türkiyəli jurnalist İstanbulda saxlanıldı
Azərbaycan tərəfindən "arzuolunmaz şəxs" elan edilən və ölkəyə girişinə qadağa qoyulan türkiyəli jurnalist Muhammed Emin Yıldırım İstanbulda saxlanılıb. BAKU.WS...