Maduro illər öncə 113 ton qızılı ölkədən çıxarıb, marşrut İsveçrə olub

Maduro illər öncə 113 ton qızılı ölkədən çıxarıb, marşrut İsveçrə olub
Dünya 171

Venesuelada iqtisadi böhranın dərinləşdiyi illərlə bağlı diqqətçəkən məlumat üzə çıxıb. Rəsmi sənədlərə görə, ölkənin sabiq prezidenti Nikolas Maduro hakimiyyətinin ilk dövrlərində Venesuela Mərkəzi Bankına məxsus qızıl ehtiyatlarının mühüm hissəsini İsveçrəyə göndərib.

BAKU.WS xəbər verir ki, məlumata əsasən, 2013–2016-cı illər arasında ümumilikdə 113 ton qızıl ölkə xaricinə çıxarılıb. Reuters agentliyinin əldə etdiyi gömrük məlumatları və İsveçrənin SRF media qurumunun araşdırmasına görə, bu qızılların ümumi dəyəri 4,14 milyard İsveçrə frankı, təxminən 5,2 milyard ABŞ dolları təşkil edib.

Ekspertlərin fikrincə, ABŞ sanksiyaları və neft gəlirlərinin azalması fonunda Venesuela Mərkəzi Bankı ciddi valyuta çatışmazlığı ilə üzləşmişdi. Bu səbəbdən qızıllar İsveçrədə emal və sertifikatlaşdırılaraq daha rahat satılması məqsədilə göndərilib.

İsveçrə həmin dövrdə Venesuela qızılı üçün əsas marşrutlardan biri olub. Lakin 2017-ci ildə Avropa İttifaqının sanksiyalarının tətbiqindən sonra bu xətt tamamilə bağlanıb və sonrakı illərdə İsveçrəyə qızıl daşınmasına dair qeydlər aparılmayıb.

Məsələ Nikolas Maduronun ABŞ tərəfindən saxlanılmasından sonra yenidən gündəmə gəlib. İsveçrə hakimiyyəti Maduronun və ona yaxın şəxslərin aktivlərini dondurduğunu açıqlasa da, daşınan qızıllarla bu aktivlər arasında birbaşa əlaqənin hələlik sübuta yetirilmədiyini bildirib.

Son xəbərlər