Lukaşenko BMT-ni "səmərəsiz təşkilat" adlandırıb
Belarus Prezidenti Aleksandr Lukaşenko Birləşmiş Millətlər Təşkilatını "səmərəsiz qurum" adlandırıb.
BAKU.WS AZƏRTAC xəbər verir ki, onun sözlərini "BelTA" agentliyi yayıb.
"Birləşmiş Millətlər Təşkilatı – səmərəsiz bir təşkilatdır, heç bir məsələni həll etmir və etməyəcək", – deyə Belarus lideri bildirib.
Bununla belə, prezident qeyd edib ki, hazırda BMT-yə alternativ olan, dünyanın bütün dövlət nümayəndələrinin bir araya toplandığı başqa bir beynəlxalq təşkilat mövcud deyil.
Lukaşenkonun sözlərinə görə, BMT-nin fəaliyyətində "boş və heç kimə lazım olmayan tədbirlər" çoxdur, lakin real müdaxilə tələb edən mühüm məsələlər həllini tapmadan qalır.
Oxşar xəbərlər
Qonşu ölkənin siqaret satışında YENİ QAYDA: Şəxsiyyət vəsiqəsi tələb olunacaq
Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq. BAKU.WS xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Kemal Memişoğlu danışıb. O qeyd edib ki,...