Lübnanda hücumlarda ölənlərin sayı 1461-ə çatdı
İsrailin Livana endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 1461 nəfərə yüksəlib, yaralıların sayı isə 4430 nəfər təşkil edir.
BAKU.WS xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İsrail ordusunun martın 2-dən etibarən ölkənin müxtəlif bölgələrinə həyata keçirdiyi hücumlar nəticəsində son 24 saatda ölənlərin sayı 39 nəfər artaraq 1461-ə çatıb. Yaralıların sayı isə 136 nəfər artaraq 4430 olub.
Məlumata görə, həyatını itirənlər arasında 129 uşaq, 97 qadın və 54 tibb işçisi var.
Qeyd edək ki, hücumlar Livan ərazisinin müxtəlif hissələrini əhatə edir.
Oxşar xəbərlər
Çində yoxa çıxmış qədim insan xəttinin izləri aşkarlandı
Çində alimlər indiyədək məlum olmayan və sonradan yoxa çıxmış qədim insan xəttinin izlərini müəyyən ediblər. BAKU.WS xəbər verir ki, bu barədə Çin Elmlər Akade...