Los-Ancelesdə yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Los-Ancelesin qərbində baş verən yanğını törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə "NewsNation" telekanalı hüquq-mühafizə orqanlarına istinadən məlumat verib.
Los-Anceles Polis İdarəsi "Kenneth" yanğını ilə bağlı işin artıq qəsdən törədilən yanğın kimi araşdırıldığını təsdiqləyib.
Şübhəlinin saxlanılmasında yerli sakinlər kömək ediblər. Dairə prokuroru Neytan Hohman bildirib ki, əgər şübhəli şəxs günahkar bilinərsə, o, ömürlük həbs cəzasına məhkum edilə bilər.
Qeyd edək ki, Los-Anceles dairəsində baş verən yanğınlara görə on minlərlə sakin üçün məcburi evakuasiya əmri verilib. Prezident Co Bayden Kaliforniyada fövqəladə vəziyyət elan edib. Son məlumata görə, ən azı 8 nəfər həlak olub, minlərlə tikili yanaraq külə dönüb. Güclü küləklər vəziyyəti daha da çətinləşdirib və aviasiyanın işini dayandırıb.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...