Londonda həyat: Taksi sürücülərinin aylıq qazancı 4000 funt sterlinqə qədər yüksələ bilir

Londonda həyat: Taksi sürücülərinin aylıq qazancı 4000 funt sterlinqə qədər yüksələ bilir
Dünya 41

Oralarda necədir?" rubrikasının yeni buraxılışında dünyanın ən qlobal şəhərlərindən biri olan Londondan bəhs edilib.

Bakıdan 3968 kilometr məsafədə yerləşən, sıfırıncı meridian üzərində qurulan London Temza çayının sahilində yerləşir və dünya maliyyə mərkəzlərindən biri sayılır. Londonda xarici görünüş sosial statusun vacib göstəricisidir.

Kişilər saç, saqqal baxımına orta hesabla 40 funt sterlinq xərcləyir, xüsusi tikilmiş kostyumlara minlərlə funt sterlinq ödəyirlər. Kişilərin öz görünüşünə qadınlardan daha çox pul xərcləməsi burada adi haldır.

Londonda taksi sürücüsü olmaq üçün 4 il təhsil almaq və şəhərin təxminən 25 min küçəsini əzbər bilmək tələb olunur. Bu çətin proses "The Knowledge" adlanır.

Nəticədə taksi sürücülərinin aylıq qazancı 4000 funt sterlinqə qədər yüksələ bilir. Londonda sosial həyat əsasən "pub"lar üzərində qurulub. İnsanlar evlərə qonaq getməkdənsə, "pub"larda görüşməyi üstün tuturlar.

Daha ətraflı Baku TV-nin videomaterialında:

Londonda həyat: Taksi sürücülərinin aylıq qazancı 4000 funt sterlinqə qədər yüksələ bilir

Son xəbərlər