Liviyada 3 günlük milli matəm elan edilib
Ankarada Liviya hərbi heyətini daşıyan təyyarənin qəzaya uğraması ilə əlaqədar Liviyada 3 günlük milli matəm elan olunub. Qəza nəticəsində Liviya Ordusunun Baş Qərargah rəisi general Məhəmməd Əli əl-Həddad və onu müşayiət edən heyət həlak olub.
BAKU.WS xəbər verir ki, Ankara Esenboğa hava limanından Tripoliyə yola düşən təyyarə Haymana rayonunun Kesikkavak kəndi ərazisində dağlıq əraziyə düşüb. Hadisə ilə bağlı əraziyə jandarma, yanğınsöndürmə və təcili tibbi yardım qrupları cəlb edilib. Çətin relyef və palçıqlı şərait səbəbindən axtarışlar piyada aparılıb və təyyarənin qalıqlarına çatılıb.
Qəza ilə bağlı Ankara Respublika Prokurorluğu tərəfindən istintaqa başlanılıb. Araşdırma çərçivəsində bir baş prokuror müavini və dörd prokuror təyin edilib.
Liviya Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dibeybe həlak olanlar üçün başsağlığı mesajı verib. O bildirib ki, bu hadisə ölkə və Liviya Silahlı Qüvvələri üçün böyük itkidir.
Hökumətin açıqlamasına əsasən, 3 gün ərzində ölkə üzrə dövlət qurumlarında bayraqlar yarıya endiriləcək, rəsmi və bayram tədbirləri dayandırılacaq. Qeyd edilib ki, Baş nazir hadisənin araşdırılması üçün Türkiyə ilə birbaşa əlaqə məqsədilə Ankaraya rəsmi heyət göndərilməsi barədə göstəriş verib.
Oxşar xəbərlər
Narkotik əməliyyatları çərçivəsində saxlanılan iş adamı sərbəst buraxıldı
Ötən gün narkotik əməliyyatlar çərçivəsində saxlanılan iş adamı Umut Evirgen sərbəst buraxılıb. BAKU.WS xəbər verir ki, həyat yoldaşı Alina Bozun tamaşasından...