Livanda İsrail hücumları nəticəsində ölənlərin sayı 3 613-ə çatıb
Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı artmaqda davam edir.
BAKU.WS xəbər verir ki, bu barədə Lübnan Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İsrailin 2 mart tarixindən etibarən ölkənin müxtəlif bölgələrinə həyata keçirdiyi hücumlar nəticəsində indiyədək 3 613 nəfər həyatını itirib, 11 072 nəfər isə yaralanıb.
Qeyd olunub ki, son günlər ABŞ-nin paytaxtı Vaşinqtonda tərəflər arasında aparılan danışıqların dördüncü raundundan sonra yeni atəşkəs elan edilsə də, İsrail ordusu hücumları davam etdirib.
Məlumata görə, son olaraq Beyrutun cənubundakı ərazilər hava zərbələrinə məruz qalıb.
ABŞ İsraildən Livana hücumların dayandırılmasını tələb edib. İran rəsmiləri isə Beyruta yönəlik hücumların Yaxın Şərqdə gərginliyi daha da artıra biləcəyi barədə xəbərdarlıq ediblər.
Oxşar xəbərlər
Venesuelada hantavirus can aldı: 3 nəfər həyatını itirdi
Venesuelanın şərqində hantavirus infeksiyası səbəbindən üç nəfər vəfat edib. BAKU.WS xəbər verir ki, bu barədə Venesuela Səhiyyə Nazirliyi məlumat yayıb. Bildir...