Livanda bütün təhsil müəssisələri bağlandı
Livanda davam edən münaqişə səbəbindən məktəblərdə və bütün təhsil müəssisələrində dərslərin başlaması oktyabrın 7-dən noyabrın 4-nə təxirə salınıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bunu Beyrutda keçirilən mətbuat konfransında respublikanın təhsil naziri vəzifəsini icra edən Abbas Hələbi bildirib.
"Nazirlik 1.3 milyon şagirdi və müəllimləri təhdid edən təhlükəyə görə məsuliyyəti öz üzərinə götürə bilməz. Ona görə də tədris ilinin başlanması noyabrın 4-nə təxirə salınıb", - deyə məmur qeyd edib.
O, həmçinin xatırladıb ki, hazırda əksər dövlət məktəblərinin, texnikumların və institutların binaları cənub bölgələrindən olan qaçqınların yerləşdirilməsi üçün istifadə olunur.
Oxşar xəbərlər
"Fənərbağça" klubunun prezidentinin şərhinə görə tələbələr PULSUZ DÖNƏR yedilər
Sosial şəbəkələrdə restoran və iaşə obyektləri diqqət çəkmək və müştəri qazanmaq üçün fərqli üsullara əl atmağa davam edir. Bəziləri xüsusi şoularla, digərləri...