Litvаnın Baş naziri: Aİ kreditindən vəsaitlər ilk növbədə HHM-in gücləndirilməsinə yönələcək
Yeniliklərdən dərhal xəbərdar olun
Litva Avropa İttifaqının ayırdığı 6,3 milyard avro məbləğindəki kreditin bölüşdürülməsi zamanı prioritet olaraq hava hücumundan müdafiə (HHM) sisteminin gücləndirilməsinə investisiya ayıracaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Litvanın Baş naziri İnqa Ruginene jurnalistlərə bildirib.
"HHM şübhəsiz prioritetdir. Bu, qaçaqmalçıların hava şarları və digər təhdidlərlə əlaqədardır", - o deyib.
"Ötən ilin sonunda biz hər şeyi ətraflı müzakirə etdik və HHM üzrə strateji istiqamətlərimizi müəyyənləşdirdik", - Baş nazir qeyd edib.
Xatırladaq ki, daha əvvəl Litva Avropa Komissiyasının qərarı ilə Aİ-nin SAFE (Security Action for Europe) hərbi proqramı çərçivəsində 6,3 milyard avro kredit əldə edib.
Oxşar xəbərlər
Yaponiyalı qadın 4 ildir evində ruhla yaşadığını deyir: Kirayə haqqı da ucuzdur
Yaponiyanın paytaxtı Tokioda yaşayan gənc qadın qeyri-adi açıqlaması ilə diqqət çəkib. O, kirayə qaldığı mənzildə ruhun yaşadığını iddia edir və buna baxmayaraq...