Ledi Qaqa sevənlərini məyus etdi - Səsində problem yaranıb

Məşhur müğənni Ledi Qaqa Mayamidəki çıxışını başlamazdan bir neçə saat əvvəl ləğv edib.
BAKU.WS xəbər verir ki, o bu barədə İnstaqram vasitəsilə açıqlama yayıb.
Qaqa konserti səhhətinə görə təxirə salmaq məcburiyyətində qaldığını deyib. Ona səsində gərginliklə bağlı problemlər diaqnozu qoyulub. Ulduzun həkimi və vokal məşqçisi ona səs tellərini gərginləşdirməməyi tövsiyə edib.
Qaqanın sözlərinə görə, o, səs tellərini zədələmək riskinə girmək istəmir. O, hər gecə canlı ifa etdiyini xatırladıb. Sənətçi konsertin ləğvinin onun üçün çətin və ağrılı qərar olduğunu etiraf edib.
"Bununla belə, səsimin uzunmüddətli nəticələrindən daha çox qorxuram. Ümid edirəm ki, məni bağışlaya və sizi ruhdan saldığım, məyus etdiyim və narahatçılığınıza səbəb olduğum üçün səmimi üzrlərimi qəbul edə bilərsiniz", - müğənni paylaşıb.
Qaqa əlavə edib ki, o və komandası konsertin vaxtının dəyişdirilməsi qrafiki üzərində işləyir. O, dəyişiklikləri mümkün qədər tez dərc etməyə çalışacaq.
Oxşar xəbərlər
Özbəkistanda kitab oxuyan məhkumların cəzası azaldılacaq
Özbəkistan Senatı kitab oxuyan məhbusların həbs müddətinin azaldılmasını nəzərdə tutan qanunu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu barədə respublikanın qanu...
