Le Monde: Aİ ölkələri miqrantları üçüncü dövlətə göndərmək istəyir

Le Monde: Aİ ölkələri miqrantları üçüncü dövlətə göndərmək istəyir
Dünya 31

Avropa İttifaqının (Aİ) bir neçə ölkəsi Böyük Britaniyanın Ruanda ilə sığınacaq axtaran miqrantların yerləşdirilməsi üzrə imzaladığı razılaşmanı təkrarlamaq və qeyri-qanuni miqrantları Aİ-dən kənara göndərmək istəyir.

BAKU.WS xəbər verir ki, bu barədə Fransanın "Le Monde" qəzeti yazıb.

Nəşrin yazdığına görə, bəzi Avropa ölkələri miqrantların Aİ-dən kənara göndərilməsini nəzərdə tutan siyasəti həyata keçirməyə hazırlaşır və Avropa Komissiyasından (AK) bunu tətbiq etməyi xahiş edib.

Ümumilikdə, Ruanda modelinin tətbiqi ilə bağlı müzakirələr təxminən 15 Aİ ölkəsində aparılır və təşəbbüs Avstriya, Danimarka, İtaliya və Çexiya tərəfindən irəli sürülüb. Bu ölkələrin sırasına Aİ-nin ən böyük iqtisadiyyatları olan Almaniya və Fransa daxil deyil.

Qeyd edək ki, İtaliya miqrantların Albaniyada yerləşdirilməsi variantını nəzərdən keçirir.

Aprel ayında Böyük Britaniya hökuməti qeyri-qanuni miqrantları Afrika ölkəsinə göndərmək barədə Ruanda ilə razılaşma imzalayıb. London və Kiqali arasındakı razılaşmaya əsasən, krallıqdan deportasiya olunan qeyri-qanuni miqrantlar Ruandada və ya digər təhlükəsiz üçüncü ölkələrdə sığınacaq üçün müraciət edə biləcəklər.

Ruanda hakimiyyəti deportasiya olunan miqrantlara beş il müddətinə mənzil verməyə, həmçinin cəmiyyətə inteqrasiya proqramları başlatmağa və onların təhsil, iş tapmalarına kömək etməyə hazır olduqlarını bəyan edib.

Oxşar xəbərlər

Türkiyə PUA sahəsində dünya lideri oldu

Türkiyə PUA sahəsində dünya lideri oldu

Türkiyə Çin və ABŞ-ı geridə qoyaraq dünyanın ən böyük Pilotsuz Uçan Aparat (PUA) təchizatçısı oldu. BAKU.WS xəbər verir ki, Türk PUA-larının döyüş meydanındakı...

43 Video 21:00 17 sentyabr 2024

Son xəbərlər