Lavrov NATO-ya Arktikadakı fəallığı ilə bağlı xəbərdarlıq edib
Rusiya xarici işlər naziri Sergey Lavrov NATO-nun Arktika regionunda hərbi fəallığının artması ilə bağlı alyansa xəbərdarlıq edib.
BAKU.WS xəbər verir ki, "Berliner Zeitung" Lavrovun NATO-nun Arktikada hərbi fəaliyyətini daha da genişləndirməsinin yolverilməz olduğunu bildirdiyini yazıb.
Məlumata görə, alyansın regionda keçirdiyi hərbi təlimlər və qoşunların yerdəyişməsi silahlı qarşıdurma riskini artırır.
Lavrov daha əvvəl Arktikada Qərbin qarşıdurmanı gücləndirməsinin "fəlakətli nəticələrə" səbəb ola biləcəyini bildirib. O, regionun sülh və əməkdaşlıq zonası kimi qorunmasının beynəlxalq ictimaiyyətin maraqlarına uyğun olduğunu vurğulayıb.
Rusiya rəsmisi NATO ölkələrini Arktikanın hərbiləşdirilməsinə və regionda gərginlik ocaqlarının yaradılmasına səbəb olmaqda ittiham edib.
Oxşar xəbərlər
Ekrem İmamoğluna hökm oxundu
İstanbul Bələdiyyəsinin sabiq sədri Ekrem İmamoğlu haqqında növbəti məhkəmə hökmü çıxarılıb. O Tuzlanın sabiq icra başçısı Şadi Yazıcıya qarşı təhqiramiz ifadəl...