Latviya və Ukrayna Rusiya sərhədində PUA zavodu tikəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Latviya və Ukrayna Rusiya və Belarusla sərhəd yaxınlığında pilotsuz uçuş aparatlarının (PUA) istehsalı üzrə birgə zavod tikməyi planlaşdırır.
BAKU.WS xəbər verir ki, bu barədə Latviyanın Baş naziri Andris Kulberqs Latqaliya bölgəsində yerləşən hərbi bazaya səfəri zamanı açıqlama verib.
Onun sözlərinə görə, Latviya Ukrayna ilə hərbi sənaye sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir. Bu əməkdaşlığın əsas istiqamətlərindən biri də sərhəd bölgəsində PUA istehsalı müəssisəsinin yaradılmasıdır.
Baş nazir bildirib ki, ölkə sərhədlərində pilotsuz uçuş aparatlarına qarşı mübarizə üçün ələkeçirici dronlardan istifadə edilməsi də planlaşdırılır. Onun fikrincə, bu yanaşma bahalı hərbi aviasiyanın cəlb olunmasına ehtiyacı azaldacaq.
Qeyd edək ki, Andris Kulberqs iyunun ortalarında da Ukrayna pilotsuz uçuş aparatlarının Latviya hava məkanına daxil olması ilə bağlı yeni və məxfi qərarın hazırlandığını açıqlamışdı.
Oxşar xəbərlər
Əndəlüs rəhbərliyi dəmiryol qəzasından sonra üçgünlük matəm elan edib
İspaniyanın Əndəlüs muxtar regionunun rəhbərliyi onlarla insanın həyatına son qoyan dəmiryol qəzası ilə əlaqədar üçgünlük matəm elan edib. BAKU.WS "Report"a ist...